"Putinlə Xamneyi Suriyadakı vəziyyəti müzakirə ediblər"
24.11.2015 00:39 Dünyadan reaksiya 1537
Rusiya prezidenti Vladimir Putinlə İranın ali lideri Əli Xamneyi arasında keçirilən görüşdə əsasən Suriyadakı vəziyyət müzakirə olunub.
Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, görüşdə Moskva ilə Tehranın Suriya məsələsində vahid mövqedən çıxış etdiyinin qeyd olunduğunu bildirib: "Bildirib ki, Suriyada böhranın siyasi yolla həlli xaricdən diktə ilə mümkün deyil. Suriya xalqı özü bunu siyasi metodlarla həll etməlidir".
Qeyd edək ki, V. Putin Qaz İxrac Edən Ölkələrin III Sammitində iştirak etmək üçün Tehranda səfərdədir.
Onun İran prezidenti Həsən Ruhani ilə də görüşü planlaşdırılır.
Görüşlərin yekununda hökumətlər arasında xüsusi şəxslər üçün qarşılıqlı səfərlərin asanlaşdırılması və səhiyyə nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanacaq.
Şərhlər