İsrail Qəzza zolağına hava zərbələri endirib

24.11.2015 05:06     Dünyadan reaksiya     1591

İsrail Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr fələstinlilərin atəşinə cavab olaraq Qəzza zolağına zərbələr endirib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl Qəzza zolağından İsrailin cənub ərazisinə  raket zərbəsi endirilib.

Raket zərbəsinə İsrailin cənubundakı Eşkol regional şurasının ərazisi məruz qalıb. İsrail tərəfi zərərçəkənlərin olmadığını bildirir. "Haaretz" qəzetinin məlumatına görə, İsrail aviasiyası Qəzza zolağında HƏMAS qruplaşmasına məxsus düşərgəyə hava zərbələri endirib. 

Şərhlər

Çox oxunanlar