Paris yaxınlığında “şəhid kəməri” aşkarlanıb

24.11.2015 01:54     Dünyadan reaksiya     1547

Fransanın paytaxtı Parisin yaxınlığında yerləşən Monruj şəhərində  “şəhid kəməri” aşkarlanıb.

Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “France Info” telekanalı məlumat verib.

Məlumata əsasən, “şəhid kəməri” zibil qutusunda tapılıb. Onun noyabrın 13-də Parisdə baş verən terror aktlarında istifadə edilən “şəhid kəmərləri” ilə oxşar olduğu bildirilir.

Hadisə yeri dərhal əhatəyə alınıb. Faktla bağlı araşdırma aparılır.  

Şərhlər

Çox oxunanlar