Brüsseldə Avropa İttifaqı-Türkiyə sammiti keçiriləcək
24.11.2015 02:15 Dünyadan reaksiya 1672
Noyabrın 29-da Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı və Türkiyə liderlərinin miqrasiya böhranına dair sammiti keçiriləcək.
Reaksiya.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk özünün “Tvitter” səhifəsində yazıb.
“Aİ-Türkiyə sammiti bazar günü baş tutacaq. Məqsəd – münasibətlərimizə yeni təkan vermək və miqrant axınını məhdudlaşdırmaqdır”, D.Tusk vurğulayıb.
Avropa İttifaqı Şurasının prezidenti həmçinin qeyd edib ki, görüşün keçirilməsinə qərar Avropa Komissiyasının müsbət rəyi və Türkiyə baş naziri Əhməd Davudoğlu ilə telefon danışığından sonra verilib.
Şərhlər