Türkiyədə polis avtomobili atəşə tutulub - ölən və yaralanan var

24.11.2015 05:44     Dünyadan reaksiya     1742

Türkiyənin Şanlıurfa vilayətində polis avtomobilinin atəşə tutulması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

Reaksiya.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular patrul vəzifəsi icra edən polislərə hücum edib.

Hadisə nəticəsində avtomobildə olan 2 polis əməkdaşı yaralanıb. Yaralılar dərhal Sivərək Dövlət Xəstəxanasına çatdırılsalar da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Terrorçuların ələ keçirilməsi istiqamətində əməliyyat davam edir.

Şərhlər

Çox oxunanlar