Rusiyadan İrana kredit - 5 milyard dollar
24.11.2015 02:37 Dünyadan reaksiya 1666
Rusiya İranla iqtisadi əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Reaksiya.az-ın report-a istinadən xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Tehranda keçirdiyi görüşdən sonra bildirib.
Putinin sözlərinə görə, iki ölkə arasındaki ticarət dövriyyəsində milli valyutadan istifadə prioritet olacaq. Bununla belə, rəsmi Moskva İrana həm də beş milyard dollar həcmində dövlət ixrac krediti ayırmaq niyyətindədir.
Rusiya prezidenti qeyd edib ki, Moskova və Tehran əməkdaşlığı 35 prioritet layihə üzərində yürüdüləcək.
Həmçinin, Avrasiya İqtisadi Birliyi ölkələri də İranla azad ticarət zonasının yaradılması ilə bağlı danışıqlar aparacaq.
Şərhlər