BMT baş katibi Şimali Koreyaya səfər edəcək

24.11.2015 08:22     Dünyadan reaksiya     1716

 BMT baş katibi Pan Qi Mun Şimali Koreyaya səfər etmək niyyətində olduğunu təsdiqləyib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, səfərinin dəqiq vaxtı hələ ki, məlum deyil.

“Səfərin tezliklə baş tutmasına inanıram. Bununla bağlı Pxenyandan müsbət siqnallar gəlməkdədir. Hazırda diplomatik kanallarla səfərin vaxtı dəqiqləşdirilir”, deyə Pan Qi Mun bildirib.

Qeyd edək ki, bu, BMT baş katibinin Şimali Koreyaya sayca üçüncü səfəri olacaq. 1979-cu ildə Kurt Valdxaym, 1993-cü ildə isə Butros Butros Qali Pxenyana səfər edib. 

Şərhlər

Çox oxunanlar