Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib

24.11.2015 06:11     Dünyadan reaksiya     1669

Dağıstanın daha 2 rayonunda yerli vaxtla saat 06:00-dan etibarən antiterror əməliyyatı rejimi tətbiq edilib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə milli antiterror Komitəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, xüsusi rejim Buynaks və Qarabudaxkənd rayonlarında tətbiq edilib.

Adıçəkilən rayonlarında silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır.

Qeyd edək ki, ötən axşam Tabasaran rayonunda da antiterror əməliyyatı rejimi tətbiq edilib.

 

Şərhlər

Çox oxunanlar