Meksikada güclü zəlzələ baş verib

24.11.2015 07:53     Dünyadan reaksiya     1576

Meksikanın Qerrero ştatının cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.

Reaksiya.az reporta istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, yeraltı təkanların episentri San-Luis-Akatlan qəsəbəsindən 34 km. şimal-qərbdə yerləşib. Təbii fəlakətin ocağı 37.9 km. dərinlikdə qeydə alınıb. Zərərçəkən və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Şərhlər

Çox oxunanlar