Papanı 10 min polis qoruyacaq
24.11.2015 10:01 Dünyadan reaksiya 1821
Roma papası Fransisk Şərqi Afrika ölkələrinə ilk səfəri çərçivəsində çərşənbə günü Keniyaya gedəcək.
Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, Keniyanın paytaxtı Nairobi şəhərində Papanın təhlükəsizliyini 10 min polis təmin edəcək.
Səfər zamanı Papanın Nairobidəki BMT-nin binasına gedərək iqlim dəyişikliyilə bağlı çıxış etməsi planlaşdırılır.
Şərhlər