Liviya Avropa gəmilərini atəşə tutmaqla hədələdi
23.06.2015 18:26 Dünyadan reaksiya 1702
Liviya xəbərdarlıq edilmədən onun ərazisinə daxil olan istənilən gəmini atəşə tutmaqla hədələyib.
ANS PRESS-in məlumatına görə, bunu Liviyanın Hərbi Hava Qüvvələrinin rəhbəri Sakr əl-Caruşi "Əl-Ərəbiyə" telekanalına müsahibəsində deyib.
"Liviya qüvvələri əvvəlcədən razılaşma və Liviya hərbi rəhbərliyinin müvafiq qərarı olmadan onun sularına daxil olan hər bir gəmini hədəf alacaq", - deyə Sakr əl-Caruşi bildirib. O, bunları Avropa İttifaqının Aralıq dənizində qeyri-qanuni miqrasiyaya qarşı əməliyyatlarının birinci mərhələsini şərh edərkən deyib.
Qeyd edək ki, ötən gün Avropa İttifaqı ölkələrinin Xarici İşlər Nazirlikləri bu əməliyyatların birinci mərhələsinə başlayıblar. Bu əməliyyatlarda Belçika, İtaliya, Böyük Britaniya, Almaniya, Sloveniya, Yunanıstan, Fransa, Lüksemburq, İspaniya, Finlandiya, Macarıstan, Litva, Niderland və İsveç də daxil olmaqla əlavə 14 ölkə iştirak edəcək.
Şərhlər