Putin Tehranda çıxılmaz vəziyyətə düşdü
24.11.2015 13:46 Dünyadan reaksiya 1957
Təşkilatçılar Putini tərçüməçi ilə təmin etməyi unudublar.
İranda keçirilən Qaz İxracatçıları Ölkələri Forumunda (QİÖF) maraqlı hadisə baş verib.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, forumda çıxış etmək üçün söz verilən Rusiya prezidenti Vladimir Putin tərcüməçi problemi yaşayıb.
Bu barədə məlumatı rusiyalı jurnalist Dmitri Smirnov “Twitter”də paylaşıb. Təşkilatçılar Putini tərcüməçi ilə təmin etməyi unudublar.
Bu səbəbdən Putin çıxışı dayandırıb və gözləməyə məcbur olub. Forum təşkilatçıları tərcüməçi tapdıqdan sonra Rusiya lideri çıxışına davam edib. Vladimir Putin fars dilini bilməsə də, alman dili və müəyyən qədər ingilis dilini bilir.
Nəhayət Putinin nitqini tərcümə edəcək şəxs tapılır və o, qəzəbli halda öz çıxışına başlayır.
Bundan əvvəl də Putinin tərcümə ilə bağlı problemi olub. Maraqlı anlar Vladimir Putin və Çexiya prezidenti Miloş Zemanın görüşü zamanı baş verib. Həmin vaxt Miloş Zeman Rusiya lideri ilə müzakirələr zamanı tərcüməçidən imtina edib və prezidentlər rus dilində danışmağa başlayıblar.
Şərhlər