"Türkiyənin hava məkanı pozulmayıb" - Rusiyadan açıqlama

24.11.2015 13:50     Dünyadan reaksiya     1844

Rusiya Müdafiə Nazirliyi Türkiyə tərəfindən Suriya sərhədində vurulan hərbi təyyarə ilə bağlı açıqlama verib.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazirlik vurulan təyyarənin Rusiyaya aid olduğunu təsdiqləyib və Türkiyənin hava məkanında pozuntu olmadığını qeyd edib.

Açıqlamada, həmçinin 2 pilotun paraşütlə tullandığı da təsdiqlənib, ancaq aqibətlərinin məlum olmadığı bildirilib.

Rusiya prezidenti Vladimir Putin məsələ ilə bağlı Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb.

Şərhlər

Çox oxunanlar