Vurulan təyyarədəki pilotlardan biri öldü

24.11.2015 14:42     Dünyadan reaksiya     1851

Bu gün səhər Türkiyə hava sərhədini pozduğu üçün Türkiyə hərbi təyyarələri tərəfindən vurulan Rusiyaya məxsus “Su24” hərbi təyyarəsinin katapult edən pilotlarından birinin öldüyü xəbəri yayılıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, katapult edən pilotlardan birinin yerə düşərkən öldüyü, digərinin isə sağ qaldığı və türkmənlərin əlində olduğu bildirilir. Ölən pilotun fotosu da yayılıb.

Hazırda Rusiyaya məxsus 2 helikopter pilotları axtarır, lakin silahlı türkmənlər helikopterlərin yerə enməsinə imkan vermir. Təyyarənin vurulmasından 20-25 dəqiqə sonra türkmənlərin mövqeləri güclü atəşə məruz qalıb. 

Vurulan Rusiya təyyarəsinin yerdə partlaması nəticəsində 2 Türkiyə vətəndaşı yaralanıb. Onlar Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Yayladağ rayonunun Dutlubahçe kəndinin sakinləridir. Yaralılardan birinin xəstrəxanaya aparılaraq əməliyyat edildiyi, digərinin vəziyətinin isə qənaətbəxş olduğu xəbər verilib.

Şərhlər