Kreml təyyarəsinin vurulmasına reaksiya verdi

24.11.2015 15:01     Dünyadan reaksiya     1724

Kreml Rusiya Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasına reaksiya verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Suriya-Türkiyə sərhədində baş vermiş hadisəni ciddi insident adlandırıb.

"Hələlik Müdafiə Nazirliyimizdən təyyarəmizin düşmə səbəbləri barədə heç nə eşitməmişik. Dəqiq bilirik ki, təyyarə Suriyanın hava məkanında olub", - deyə o vurğulayıb.

Peskov qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatında təyyarənin vurulduğu iddia olunur. Ona görə də, məlumatın dəqiqləşdirilməsinə qədər Rusiyanın reaksiyasını müzakirə etmək faydasızdır:

“Bu barədə tam məlumat olmadan danışmaq düzgün deyil".

Şərhlər

Çox oxunanlar