NATO təcili iclas çağırıb
24.11.2015 16:00 Dünyadan reaksiya 1779
NATO Rusiya məxsus Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə əlaqədar təcili iclas çağırıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Frans Press”in yaydığı xəbərdə deyilir.
Qeyd edək ki, bu gün səhər Rusiyaya məxsus Su-24 hərbi təyyarəsi Türkiyə hava sərhədini pozduğu üçün vurulub. Katapult edən pilotlardan biri yerə düşərkən ölüb, digəri isə sağ qalıb.
Təyyarənin vurulmasından 20-25 dəqiqə sonra türkmənlərin mövqeləri güclü atəşə məruz qalıb.
Vurulan Rusiya təyyarəsinin yerdə partlaması nəticəsində iki Türkiyə vətəndaşı yaralanıb. Onlar Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Yayladağ rayonunun Dutlubahçe kəndinin sakinləridir.
Şərhlər