Rusiya təyyarəsinin vurulması cox ciddi insidentdir - Britaniya XİN

24.11.2015 16:05     Dünyadan reaksiya     1715

"Türkiyə-Suriya sərhədi yaxınlığında Rusiya hərbi təyyarəsi ilə bağlı baş verən insident cox ciddidir. London bu insidentin detallarını təcili araşdırır".

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.

"Rusiya təyyarəsi Türkiyə-Suriya sərhədi yaxınlığında vurulub. Biz hadisənin detallarını təcili araşdırırıq. Məlumdur ki, bu, çox ciddi insidentdir. Hadisə bağlı daha çox məlumat alana qədər şərh vermək düzgün olmaz", - deyə Böyük Britaniya XİN nümayəndəsi qeyd edib.

Qeyd edək ki, bu gün səhər Suriya istiqamətindən sərhədi pozan Rusiya təyyarəsi  Türkiyə tərəfindən vurulub. Bir pilotun öldüyü, digərinin türkmənlərin əlində olduğu bildirilir.

Şərhlər

Çox oxunanlar