Türkiyədə yeni hökumətin tərkibi açıqlandı - SİYAHI
24.11.2015 16:23 Dünyadan reaksiya 1789
Türkiyədə 64-cü cümhuriyyət hökumətinin tərkibi bəli olub.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, yeni hökuməti formalaşdırmaq vəzifəsi verilmiş Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu bu gün prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb və Nazirlər Kabinetinin tərkibini ona təqdim edib. R. T. Ərdoğan yeni hökuməti təsdiqləyib. Hökumətin tərkibi aşağıdakı kimidir:
Baş nazir - Əhməd Davudoğlu
Baş nazirin müavinləri – Toğrul Türkeş, Mehmet Şimşək, Numan Kurtulmuş, Lütfü Əlvan, Yalçın Akdoğan
Xarici işlər naziri – Mövlud Çavuşoğlu
Daxili işlər naziri – Əfqan Ala
İqtisadiyyat naziri – Mustafa Elitaş
Ədliyyə naziri – Bəkir Bozdağ
Maliyyə naziri – Naci Ağbal
İnkişaf naziri – Cövdət Yılmaz
Əmək və sosial müdafiə naziri – Süleyman Soylu
Milli təhsil naziri – Nabi Avcı
Kommunikasiya, dənizçilik və rabitə naziri – Binali Yıldırım
Ailə və sosial siyasət naziri - Səma Ramazanoğlu
Avropa Birliyi naziri – Volkan Bozkır
Elm, sənaye və texnologiya naziri – Fikri İşıq
Ekologiya, şəhərsalma naziri – Fatma Güldəmir Sarı
Enerji və təbii ehtiyatlar naziri – Berat Albayrak
Qida və heyvandarlıq naziri – Faruk Çelik
Gənclər və idman naziri – Akif Çağatay Kılıç
Gömrük naziri – Bülənt Tüfəkçi
Mədəniyyət və turizm naziri – Mahir Ünal.
Qeyd edək ki, hökumətdə AKP-nin hakimiyyətə gəldiyi gündən bu yana ölkə iqtisadiyyatını idarə edən Əli Babacanın olmaması diqqət çəkib. Prezident Ərdoğanın Ə. Babacanın namizədliyinə qarşı çıxdığı bildirilir. Yeni enerji və təbii ehtiyatlar naziri Berat Albayrak isə R. T. Ərdoğanın kürəkənidir.
Şərhlər