İŞİD bu dəfə Gürcüstanı hədələdi
24.11.2015 17:04 Dünyadan reaksiya 1872
İŞİD qruplaşması növbəti video müraciətində Gürcüstanı hədələyib.
Reaksiya.az ANS TV-yə istinadən xəbər verir ki, video müraciəti İŞİD-ə qoşulan bir neçə Gürcüstan vətəndaşları yayıb. Onlar öz ana dilində Gürcüstana səsləniblər.
YouTube yerləşdirilən video 12 dəqiqə davam edir. Videoda İŞİD-çı Gürcüstanın uzun zamandır İslama qarşı mübarizə aparan qeyri-müsəlman kəslərinə səslənib:
“Ayılın və müsəlmanları təqib etməyi dayandırın. Allaha and içirəm ki, siz İslama qarşı törətdiyiniz bütün əməllərə görə, cavab verəcəksiz. Xilafət sizə elə qısa zamanda cavab verəcək ki, siz bunu təsəvvür belə edə bilməzsiz. Biz sizi Allahın qaydalarına uyğun cəzalandıracağıq”.
Şərhlər