Bu arxadan vurulan zərbədi - Putin

24.11.2015 17:08     Dünyadan reaksiya     1936

Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyə tərəfindən Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin vurulmasına münasibət bildirib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Soçidə İordaniya kralı II Abdulla ilə görüşdə Vladimir Putin bu hadisəni arxadan vurulan zərbə adlandırıb:

“Təyyarəmiz Türkiyənin “F-16” təyyarəsindən atılan “hava-hava” raketi ilə vurulub. 6 min metr hündürlükdə, Türkiyə sərhədindən 1 km aralıda olarkən ona qarşı hücum olub. Bütün hallarda bizim qırıcı təyyarəmiz Türkiyə üçün təhlükə törətməyib. Bu, aydın olan məsələdir. Pilotlarımız həmin ərazidə terrora qarşı mübarizə aparıblar. Biz çoxdan müəyyən etmişik ki, Türkiyə ərazisində İŞİD-in nəzarətində olan yataqlardan gətirilmiş neft daşınır. Bu ərazidən böyük maliyyə axını gedir. İndi də bizə arxadan zərbə endirdilər”.

Şərhlər

Çox oxunanlar