Türkiyənin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırıldı

24.11.2015 17:24     Dünyadan reaksiya     1818

Türkiyənin Rusiyadakı hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hərbi attaşenin nazirliyə çağırılması Suriyada Rusiyaya məxsus “SU 24” qırıcı təyyarəsinin vurulması ilə bağlıdır.

Qeyd edək ki, bu gün Rusiyanın “SU 24” qırıcı təyyarəsi Türkiyə-Suriya sərhədi yaxınlığında vurulub. Rusiya prezidenti Vladimir Putin Rusiya təyyarəsinin Türkiyəyə məxsus F-16 tərəfindən havada vurulduğunu bəyan edib və təyyarənin Suriya ərazisində, Türkiyə sərhədindən 4 kilometr aralıda düşdüyünü bildirib.

Şərhlər

Çox oxunanlar