Sergey Lavrov Türkiyəyə səfərdən imtina etdi

24.11.2015 19:17     Dünyadan reaksiya     1909

Rusiya XİN ölkə vətəndaşlarına Türkiyəyə getməməyi məsləhət görüb
Moskva. Fərid Əkbərov - APA. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyəyə planlaşdırılmış səfərindən imtina edib.
 
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bunu S. Lavrov özü bəyan edib. O, Türkiyəyə səfərdən imtinasının səbəbi kimi bu ölkədə terror təhlükəsinin yüksək olmasını göstərib: “Türkiyədə terror təhlükəsi Misirdə olduğundan az deyil. Rusiya XİN Rusiya vətəndaşlarına bu ölkəyə getməməyi məsləhət görür”.
 
Qeyd edək ki, noyabrın 25-də İstanbulda Sergey Lavrovun V Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirakı planlaşdırılmışdı.

Şərhlər

Çox oxunanlar