"BMT TŞ-nin daimi üzvlərinin səfirləri Türkiyə XİN-ə çağırılıb"

25.11.2015 00:43     Dünyadan reaksiya     1562

ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyanın səfirləri Rusiya hərbi təyyarəsinin Türkiyə-Suriya sərhədində qəzaya uğramasından sonra Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə rəsmilərindən biri bildirib.

Qeyd edək ki, Türkiyə Suriya istiqamətindən sərhədi pozan Rusiya təyyarəsini vurub.

Hadisə rəsmi Moskvanın kəskin reaksiyasına səbəb olub.

Şərhlər