HDP-çi parlament üzvlərindən Türkiyə himninə hörmətsizlik

23.06.2015 18:30     Dünyadan reaksiya     1735

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni tərkiblə 25-ci dövrünün açılışı olub. Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı andiçmə mərasimində Xalqların Demokratiyası Partiyasını (HDP) təmsil edən millət vəkillərinin Türkiyə himnini ("İstiqlal marşı") oxumadığı kameralara tuş gəlib.

Reaksiya.Az "Sabah"a istinadən xəbər verir ki, mərasimdən əvvəl prezident də daxil hər kəsin ayağa duraraq himn oxuması zamanı, HDP-çi parlament üzvləri dövlət himninə sükutla hörmətsizlik nümayiş etdiriblər.  

Şərhlər