Ruslar Türkiyə səfirliyi önündə aksiya keçiriblər
25.11.2015 01:00 Dünyadan reaksiya 1703
Moskvada bir qrup şəxs Türkiyənin Rusiyadakı səfirliyi önündə aksiya keçiriblər. Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Türkiyənin Rusiyadakı səfirliyinin binası önünə toplaşan bir qrup Rusiya vətəndaşı Türkiyənin Suriya ilə sərhəddə Rusiya qırıcı təyyarəsi vurmasına etirazlarını bildiriblər.
Bir qrup etirazçı əllərində tutduqları "Türkiyə bunun cavabını verməlidir", "Bunun qisası alınacaq", “Pilotlar terrorçuları məhv edirdilər", “Türkiyə, İŞİD-in yanındasan, ya ona qarşısan?" kimi şüarların yazıldığı plakatlarla etirazlarını bildiriblər.
Şərhlər