Türkiyəyə 3 milyard avro ayrıldı

25.11.2015 01:24     Dünyadan reaksiya     1658

Avropa Komissiyası miqrantlarla bağlı problemləri həll etmək üçün Türkiyəyə 3 mlrd avro maliyyə yardımının ayrılmasını dəstəkləyib. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə  “NewEurope” məlumat yayıb.

“Vəsaitlər 2016-cı ilin yanvarın 1-dən verilməyə başlayacaq”, deyə məlumatda qeyd olunub.   

Bundan əvvəl Avropa Komissiyası miqrantlarla bağlı problemlərin həlli üçün Türkiyəyə 1 mlrd avro, Makedoniyaya isə 700 mln avro ayırmaq niyyətində olduğu barədə məlumat verilmişdi. 

Şərhlər

Çox oxunanlar