Sərhəd təcili bağlanmalıdır - Olland
25.11.2015 08:15 Dünyadan reaksiya 1821
"Terrorçuların Avropaya keçməsinin qarşısının alınması üçün Türkiyə və Suriya arasında sərhəd bağlanmalıdır".
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland Vaşinqtonda amerikalı həmkarı Barak Obama ilə görüşündən sonra mətbuat konfransında deyib.
“Türkiyə və Suriya arasında sərhəd təcili bağlanmalıdır ki, terror aktı törətmək istəyən terrorçuların heç biri Avropaya keçə bilməsin”,- deyə Olland əlavə edib.
İŞİD-lə mübarizəyə toxunan Fransa prezidenti terrorçulara hərtərəfli zərbələr endirmək lazım olduğunu vurğulayıb: "Onları maliyyə mənbələrindən məhrum etmək, liderlərini izləyib məhv etmək, şəbəkələrini ifşa edərək zərərsizləşdirmək və zəbt etdikləri ərazilərdə nəzarəti bərpa etmək lazımdır".
Şərhlər