Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı oldu
25.11.2015 15:40 Dünyadan reaksiya 1717
Bu gün Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib. O, telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğunu söyləyib:
“Türkiyənin dünən təyin olunan xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığımız oldu. O, baş verən hadisə - “Su-24” təyyarəsinin vurulması ilə bağlı insidentlə əlaqədar bizə başsağlığı verdi”.
S. Lavrov M. Çavuşoğlunun Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu söylədiyini də əlavə edib:
“Türkiyəli nazir öz hərbi hava qüvvələrinin fəaliyyətinə haqq qazandırmağa çalışdı. O, öz hərəkətlərini ABŞ-la razılaşdırıb-razılaşdırmadıqları ilə bağlı suala cavab verə bilmədi. İnsident planlaşdırılmış təxribata oxşayır”.
S. Lavrov iddia edib ki, “Su24” Suriyada “İŞİD”in neft yataqlarına zərbə endirdikdən sonra vurulub. O, Türkiyə ilə müharibəyə hazırlaşmadıqlarını da əlvə edib. Nazir Türkiyə ilə münasibətlərə ciddi şəkildə yenidən baxacaqlarını vurğulayıb.
Şərhlər