Rusiyada helikopter qəzası nəticəsində 15 nəfər öldü - YENİLƏNİB

26.11.2015 11:42     Dünyadan reaksiya     2125

Rusiyanın Krasnoyarsk diyarı ərazisində "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Qərbi-Sibir Nəqliyyat Prokurorluğunun nümayəndəsi Oksana Qorbunova deyib. "Turuxan" aviaşirkətinə məxsus helikopter İqarka şəhərinin 10 kilometrliyində yerə düşüb. Helikopterdə ümumilikdə 25 nəfər olduğu açıqlanıb. Xəsarət alan 10 nəfər xəstəxanaya çatdırılıb.

 

10:15

Rusiyanın Krasnoyarsk diyarı ərazisində "Mi-8" helikopteri qəzaya uğrayıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı ekipaj üzvləri ölüb, bəzi sərnişinlər isə sağ qalıb.

Hadisə barədə müvafiq orqanlara məhz həmin sərnişinlər xəbər verib.

Helikopterdə ümumilikdə 26 nəfərin olduğu bildirilir. Olay yerinə axtarış-xilasetmə qrupları göndərilib.  

Şərhlər

Çox oxunanlar