Təyyarələr oyuncaq deyil - Ruhani

26.11.2015 11:00     Dünyadan reaksiya     1948

İran lideri Rusiya və Türkiyəni soyuqqanlı olmağa çağırıb.

İran prezidenti Həsən Ruhani Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulmasına münasibət bildirib.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, İran lideri hər iki ölkəni soyuqqanlı olmağa çağıraraq, Türkiyə rəhbərliyinə təyyarə və raketlərin oyuncaq olmadığını vurğulayıb. Bundan əlavə, Ruhaninin fikrincə, "Su-24" təyyarəsində həlak olan pilotun günahkarını da Türkiyə höküməti tapmalı və cəzalandırmalıdır.

"Türkiyə tərəfi deyir ki, Rusiyaya məxsus təyyarələr sərhədi keçdiyi üçün vurulub. Lakin, bu, sadəcə bir ehtimaldır. Türkiyə bunu sübut etməlidir. Ümumiyyətlə, Yaxın Şərqdə xaos hökm sürür. Bu da müxtəlif təhlükələrə gətirib çıxarır", - deyə İran prezidenti qeyd edib.

Həsən Ruhani hər iki ölkənin - Türkiyə və Rusiyanın İranın dostu olduğunu vurğulayaraq, aralarındakı münasibətlərin qarşısının alınması üçün ehtiyatlı tədbirlər görməyi məsləhət bilir.

Bundan əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edərək bildirib ki, bir halda ki, Türkiyə Amerika koalisiyasına daxildir, Türkiyənin qırıcı təyyarələri Rusiyanın təyyarələrini ABŞ-ın qərarı ilə vura bilər. Rusiya diplomatiyasının başçısı onu da əlavə edib ki, Türkiyə Su-24-ü faktiki olaraq, Rusiya tərəfindən qadağan olunmuş ərazisində, yəni, İŞİD terror qruplaşması tərəfinə keçərək vurub.

Məhv edilmiş təyyarənin sağ qalmış pilot Konstantin Muraxtin hadisənin təfərrüatından danışarkən deyib ki, Türkiyənin F-16 qırıcı təyyarəsi bizim idarə etdiyimiz Su-24-ə qəfil hücum edib və onların hansısa manevr etmək imkanları olmayıb.

Bu ilin noyabrın 24-də Suriya-Türkiyə sərhədində Türkmən dağı yaxınlığında Rusiyaya məxsus döyüş təyyarəsi - "Su 24" Türkiyənin Hərbi Hava Qüvvələrləri tərəfindən məhv edilib.

Türkiyə tərəfi rus təyyarəsinin sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu açıqlayıb.

Şərhlər

Çox oxunanlar