Ermənistan polisi etirazçılara vaxt qoydu

24.06.2015 10:31     Dünyadan reaksiya     1750

Ermənistan polisi aksiya iştirakçılarına vaxt qoyub.

ANS PRESS-in məlumatına görə, polis bu gün səhər saat 11:00-a qədər gözləyəcək və daha sonra lazımi ölçü götürəcək. Baqramyan prospektini etirazçılardan təmizləmək üçün hazırlıq işləri görülür. İrəvanın polis rəisi Aşot Karapetyan bildirib ki, deputatlar nümayişçilərlə danışıqlar aparacaq və onları yolu açmağa çağıracaqlar. 

Hazırda tanınmış erməni sahibkar Xaçatur Sukiasyan və deputat Aleksandr Arzumanyan aksiya iştirakçılarıyla söhbət edir. Sahibkar və deputat etirazçıları hakimiyyətlə danışıqlara getməyi təklif edir. 

Qeyd edək ki, Baqramyanın prospektində nümayiş davam edir. Vətəndaşlar elan edirlər ki, elektrik enerjisinin bahalaşması haqqında qərarın ləğvinə qədər mübarizəni davam edəcəklər. Prospektə toplaşanlar bundan başqa hədəflərinin olmadığını söyləyirlər. 

Ötən gün aksiya iştirakçıları vəhşicəsinə dağıdılıb. Su şırnaqlarından istifadə nəticəsində onlarla insan yaralanıb, 200-dən çox aksiya iştirakçısı saxlanılmışdı. 

Şərhlər

Çox oxunanlar