Rusiya türkiyəli turistləri geri qaytarır
26.11.2015 14:16 Dünyadan reaksiya 1811
Rusiyaya məxsus hərbi təyyarənin Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulmasından sonra türk turistlərin Rusiyaya getməsində problemlər yaranıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, ölkələr arasında vizasız rejim olmasına baxmayaraq, artıq 2 gündür, Türkiyə vətəndaşlarının Rusiyaya daxil olmasına icazə verilmir.
Türkiyə vətəndaşları hava limanında saatlarla gözlədilir, sənədləri əllərindən alınır, onlara heç bir açıqlama verilmir, şübhəli şəxslər üçün nəzərdə tutulan otaqlarda saxlanılır, sonda Türkiyəyə geri göndərilirlər.
Qeyd edək ki, Rusiyaya məxsus “SU 24” qırıcısı ətrafında yaranan insidentdən sonra Rusiya Xarici İşlər Naziri Serqey Lavrov ölkə vətəndaşlarının Türkiyəyə getməməsini tövsiyə edib.
Şərhlər