Öner: Suriyanın parçalanması, Türkiyənin əleyhinə olar
24.06.2015 06:22 Dünyadan reaksiya 2340
TBMM Xarici İşlər Komissiyasının keçmiş üzvü Əli Heydər Öner təlim və təchiz proqramı və ABŞ ilə Türkiyənin Suriya ilə bağlı siyasətində görülən ixtilafla bağlı fikirlərini “Reaksiya.az” -a paylaşıb.
Amerika Birləşmiş Ştatları, Amerika hərbi məsləhətçilərin rəhbərliyi altında hərbi təhsil görən qondarma "light" Suriya müxalifəti xadimlərinə 250 ilə 400 dollar arasında maaş ödəyir.
Mətbuatda gedən məlumatlara görə, hazırda 200 suriyalı hərbçi bu yöndə təlim alır, 1500 nəfər isə lazımi təlimlərdən keçib və hazır gözləyir.
Pentaqonun hazırladığı təlim və təchiz proqramı proqramının, ildə təxminən 5400 hərbçinin hazırlanmasına imkan verdiyi iddia edilir.
Mövzunu Reaksiya.az – a şərh edən TBMM xarici işlər, daxili işlər, təhlükəsizlik və Kəşfiyyat komissiyalarının keçmiş üzvü Əli Heydər Öner bəzi qeyri-müəyyənliklərin olduğunu bildirib. O, qeyd edib ki, rejimə qarşı olan light qüvvələr hansılardır, hələ ki, dəqiqləşdirilməyib: “Hazırda Yaxın Şərqdə dəyişən bir proses var. Rejimə müxaliflik deyə təbir edilən qruplar da davamlı dəyişir. Bilirsiniz ki, Amerika bir dövr fərqli qüvvələrə dəstək vermişdi. Türkiyə də daha sərt müxalifət edən qüvvələrə kömək göstərmişdi. Sonra dəstək verilən qüvvələrin təhlükəli qruplar olduğu ortaya çıxdı. Ona görə də təlim və təchiz proqramına kifayət qədər diqqət ayrılmadı. Hərçənd, sırada olduğu deyilən bəzi şəxslər var, amma onların " təlim və təchiz proqramı" dövründə onlara ediləcək kömək və ya veriləcək ödənişlərlə əlaqədar olduğu qiymətləndirilir. O təlimi aldıqdan sonra hansı qrupa qatılacaqları da hələ bəlli deyil”.
Şərhlər