Ərdoğan Putinin üzr istəmək tələbini rədd etdi
26.11.2015 20:01 Dünyadan reaksiya 1951
"Üzr istəməsi lazım olan tərəf varsa, o da sərhədimizi pozanlardır"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin "Su24" hərbi təyyarəsinin vurulması ilə bağlı Türkiyədən üzrxahlıq gözləməsinə münasibət bildirib.
APA-nın xəbərinə görə, "CNN İnternational"a müsahibə verən R.T.Ərdoğan üzr istəməyəcəklərini bəyan edib: "Üzr istəməsi lazım olan tərəf varsa, o da sərhədimizi pozanlardır".
V. Putin Türkiyədən hadisə ilə əlaqədar üzr istəməsini, Rusiyaya dəyən zərəri ödəməsini və bu hadisəni törədən "cinayətkarlar"ın cəzalandırılmasını tələb edib.
Şərhlər