İki tanınmış jurnalist həbs edildi

27.11.2015 00:12     Dünyadan reaksiya     2001

Türkiyənin “Cümhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara müxbiri Erdem Gül həbs ediliblər.

Reaksiya.az-ın Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, jurnalistlər bu gün bir müddət öncə Türkiyədən  Suriyaya silah daşıyan TIR-larla bağlı yaydıqları xəbərə və görüntülərə görə prokurorluğa dəvət olunublar.

Onlar ifadə verdikdən sonra barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün növbətçi məhkəməyə gətiriliblər.

Məhkəmə jurnalistlər barəsində azadlıqdan məhrumetmə qərarı çıxarıb.

Qeyd edək ki, Türkiyədə prokurorluğun qərarı ilə bu mövzunun mediada işlənilməsinə rəsmən qadağa qoyulub.    

Şərhlər

Çox oxunanlar