"Ərdoğandan Putinə telefon zəngi gəlməyib" - Lavrov

27.11.2015 01:13     Dünyadan reaksiya     1812

Rusiya XİN rəhbəri Sergey Lavrov prezident Vladimir Putinə türkiyəli həmkarı Ərdoğandan telefon zəngi gəlmədiyini bildirib. Reaksiya.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bunu Sergey Lavrov Türkiyə rəhbərinin rusiyalı həmkarına zəng etmək cəhdi barədə açıqlamasına şərh verərkən deyib

“Zəng olmayıb”, deyə Lavrov vurğulayıb.  

Qeyd edək ki,  Ərdoğan Fransanın “France 24” telekanalına müsahibəsində “Su-24 təyyarəsi vurulandan sonra Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi yaratmağa cəhd etdiyini, lakin onun cavab vermədiyini bildirib.

Türkiyə prezidenti, həmçinin, Rusiya prezidenti Vladimir Putinə noyabrın 30-da Parisdə görüşməyi təklif etdiyini, lakin Rusiya tərəfinin hələlik cavab vermədiyini bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Parisdə keçiriləcək iqlim sammitində Putin və Ərdoğan arasında ayrıca görüşün nəzərdə tutulmadığını bildirib.   

Şərhlər

Çox oxunanlar