Rusiya Müdafiə Nazirliyi: Türkiyə ilə bütün əlaqələr kəsilib
27.11.2015 05:50 Dünyadan reaksiya 1639
Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələri arasında bütün təmas kanalları bağlanıb, həmçinin Rusiya Qara dəniz donanması və Türkiyə Hərbi-Dəniz Qüvvələrinin fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Rusiya Hərbi-Dəniz Qüvvələrinin Türkiyədəki nümayəndəsi geri çağırılıb.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə RusiyaMüdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
“Həmçinin Suriyadakı terrorçuların mövqelərinin məhv edilməsi zamanı mümkün aviasiya insidentlərinin qarşısının alınması üçün yaradılan “qaynar xətt”də ləğv edilib”, deyə Konaşenkov əlavə edib.
Şərhlər