Ukrayna prezidentinin Azərbaycana səfərinin vaxtı dəqiqləşdirilir

27.11.2015 12:55     Dünyadan reaksiya     1590

Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana rəsmi səfərinin tarixi dəqiqləşdirilir.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan və Ukrayna dövlət başçıları arasında noyabrın 13-də baş tutan telefon danışığı zamanı İlham Əliyev Pyotr Poroşenkonu Azərbaycana rəsmi səfərə dəvət edib.

Səfirliyin mətbuat xidmətindən o da deyilib ki, səfərdən əvvəl Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının iclası nəzərdə tutulub: “Məhz hökumətlərarası komissiyanın toplantısı zamanı Ukrayna prezident Pyotr Poroşenkonun səfərinin dəqiq tarixi bilinəcək”.  

Şərhlər

Çox oxunanlar