Rusiya türkləri geri qaytarır

27.11.2015 14:40     Dünyadan reaksiya     1852

Rusiyaya səfər edən Türkiyə vətəndaşları ilə bağlı problem davam etməkdədir.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında 15 nəfərlik qrup Moskva hava limanından “Aeroflot”la geri göndərilib. Onlardan bəziləri əşyalarının Rusiya gömrüyündə itdiyini açıqlayıb. Turistlər 20 saata yaxın hava limanında ac-susuz saxlanılıblar. Qaytarılan qrup arasında pasportunda işçi vizası olanlar da var.

Xatırladaq ki, ötən gün Rusiyanın Krasnodar vilayətində sərgiyə dəvət olunan 60 nəfərlik türkiyəli qrup saxlanılıb. Bir günlük həbsdən sonra bu gün məhkəməyə çıxarılan biznesmenlərin Soçi şəhərindəki düşərgəyə göndəriləcəkləri bildirilir.

Şərhlər

Çox oxunanlar