Ermənistandan Türkiyəyə qarşı həyasızlıq - Qarabağa görə
27.11.2015 15:10 Dünyadan reaksiya 2057
Ermənistan xarici işlər nazirliyinin sözçüsü Tiqran Balayan Türkiyəyə "xəbərdarlıq" edib.
Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, o,Türkiyəni Dağlıq Qarabağ probleminin həll prosesindən uzaq dayanmağa çağırıb.
"Daha əvvəl bir neçə dəfə dediyimiz kimi, Türkiyə Dağlıq Qarabağ probleminin həllinə töhfə vermək istəyirsə, o halda həll prosesindən uzaq durmalıdır", - deyə Balayan əlavə edib.
Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu bu günlərdə "Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması üçün Türkiyə əlindən gələn hər köməyi əsirgəməyəcək” bəyanatıyla çıxış edib.
Şərhlər