Bu qız İŞİD-ə qoşulmaq istəyirdi, tutuldu - FOTO

27.11.2015 15:14     Dünyadan reaksiya     2301

İŞİD-ə qoşulmaq istəyən Rusiya vətəndaşı İrina Babıkina Moskvanın “Vnukovo” hava limanında saxlanılıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, 20 yaşlı qızı pasport nəzarəti zamanı xüsusi xidmət əməkdaşları saxlayıblar.

O, iordaniyalı sevgilisi Yazan Adel Qalim Abbasın yanına İstanbula getmək istəyib. Məlumata görə, iordaniyalı şəxs internet vasitəsilə uzun müddət qızla ünsiyyətdə olub, onu qonaq çağırıb, evlənmək təklif edib və İŞİD-ə cəlb etmək istəyib. İ. Babıkinanın İŞİD-ə qoşulmaq məqsədilə ölkəni tərk etmək niyyəti barədə FTX-yə atası müraciət edib. 20 yaşlı İrina Ali İqtisadiyyat Məktəbində təhsil alırmış, lakin akademik borclara görə bu ilin yayında məktəbdən uzaqlaşdırılıb.

Xatırladaq ki, bir müddət əvvəl Lomonosov adına Moskva Dövlət Universitetinin əlaçı tələbəsi Varvara Karulova da İŞİD sıralarına qoşulmaq üçün bu ilin mayında evdən qaçıb. O, Türkiyədən Suriyaya keçmək istəyərkən sərhəddə saxlanılıb. Bu il oktyabrın 27-də Moskvanın Lefortovo məhkəməsi Varvara Karaulova barəsində 1 ay 25 gün müddətində həbs qərarı çıxarıb.

Şərhlər

Çox oxunanlar