Rusiya səfirliyi minaatandan atəşə tutuldu

27.11.2015 16:43     Dünyadan reaksiya     3189

Rusiyanın Dəməşqdəki səfirliyi minaatandan atəşə tutulub.

Reaksiya.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN başçıxı Sergey Lavrov məlumat verib.

O, səfirlik ərazisində minaatan sursatın partladıldığını deyib.

Nazir qeyd edib ki, insident noyabrın 23-də baş versə də, indiyə kimi bu barədə məlumat yayılmayıb.

Lavrov, həmçinin əlavə edib ki, Rusiya terrora qarşı mübarizədə Suriyaya dəstək verməyə davam edəcək.

Xatırladaq ki, oktyabrın 13-də Rusiyanın Dəməşqdəki səfirliyinin binasına iki raket düşmüşdü. Bu və digər hadisələrin hası qruplar və şəxslər tərəfindən törədildiyi barədə dəqiq açıqlama yoxdur. 

Şərhlər

Çox oxunanlar