Peskov: Ermənistandakı problem qanunlara uyğun həll olunmalıdır

24.06.2015 10:01     Dünyadan reaksiya     1964

 

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ermənistandakı prosesləri yaxından izlədiyini və problemin ən qısa zamanda qanunlara uyğun şəkildə həll olunmasına ümid etdiyini açıqlayıb.

Peskov qeyd edib ki, Ermənistan Rusiyanın  bizim ən yaxın ortağımızdır:  “Ermənistan ilə, erməni xalqı ilə tarixi əlaqələrə sahibik. Əlbəttə, propsesləri yaxından izləyirik və heç şübhəsiz ki, bu problemin ən qısa zamanda qanunlara uyğun bir şəkildə həll edilməsini və heç bir qanun pozuntusunun olmayacağını ümid edirik".

Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvanda 19 iyunda minlərlə insan işığın qiymətinin artmasına etiraz etmək üçün nümayiş təşkil etmiş, bir qrup göstərici daha sonra oturma aksiyasına başlamışdı. İrəvanın mərkəzində, Prezident Sarayının yerləşdiyi Marşal Bagramyan Prospektində oturma aksiyası keçirən etirazçılar polisin müdaxiləsi ilə dağıdılmışdı.

Şərhlər

Çox oxunanlar