Rusiya sözünü tutmadı - Ərdoğan

27.11.2015 17:38     Dünyadan reaksiya     1941

Rusiya təyyarələrinin bir daha Türkiyənin hava məkanını pozmayacaqlarına dair verdiyi sözü tutmadı.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, G20 sammitində Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozması faktlarını müzakirə edib:

"Rusiya Prezidenti Vladimir Putin zarafatla təklif etdi ki, Ankara Rusiya təyyarələrinin hava məkanını ilk dəfə pozması halını "qonaq" kimi qiymətləndirsin. Lakin bəyan etdim ki, Türkiyə dəvətsiz qonaqları gözləmir".

Şərhlər