"Türkiyə ağır əvəz ödəyəcək" - Xamneyinin ali hərbi müşaviri

27.11.2015 17:53     Dünyadan reaksiya     1900

"Beş ildir ki, terrorçulara yardım edərək Suriya və İraqı qeyri-sabitliyə sürükləyən Türkiyə rus təyyarəsini vuraraq, strateji səhvə yol verdi və bunun üçün ağır əvəz ödəyəcək".

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri İranın dini lideri Ayətullah Xamneyinin ali hərbi müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi deyib.

Həmçinin, Səfəvi Türkiyəni Səudiyyə Ərəbistanı və İordaniya ilə birlikdə ədalətsiz müharibəyə girməkdə ittiham edib.

Şərhlər

Çox oxunanlar