Putin Ərdoğanın görüşmək istəyini rədd edib

28.11.2015 00:27     Dünyadan reaksiya     1824

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın görüşmək istəyini rədd edib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Y. Uşakov bunun səbəbini Ankaranın Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasına görə üzr istəməməsi ilə əlaqələndirib: "Təyyarə insidentindən sonra Türkiyənin üzr istəməkdə istəksiz olduğunu görürük".

O, Putinin Parisdə keçiriləcək beynəlxalq iqlim konfransı çərçivəsində İsrail baş naziri Benyamin Netanyahu və Almaniya kansleri Angela Merkellə görüşəcəyini bildirib. 

 

Şərhlər