Nigeriyada terror aktı - 20 ölü, 50 yaralı

28.11.2015 00:58     Dünyadan reaksiya     1518

Nigeriyada törədilən terror aktı nəticəsində azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə ölkənin şimalında yerləşən Kano şəhəri yaxınlığında baş verib.

Terrorçu-kamikadze dini mərasim zamanı özünü partladıb. Hücumun "Boko Haram" terror qruplaşması tərəfindən təşkil olunduğu bildirilir. 

Şərhlər

Çox oxunanlar