Çilidə güclü zəlzələ baş verib
28.11.2015 03:17 Dünyadan reaksiya 1532
Çili sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Reaksiya.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Taltal şəhərindən 69 km şimal-qərbdə, ocağı isə 29 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.
Şərhlər