Suriya vətəndaşları saxta pasportlarla saxlanılıb
28.11.2015 03:41 Dünyadan reaksiya 1576
İtaliyada 3 Suriya vətəndaşı saxta Rumıniya pasportu ilə saxlanılıb.
Reaksiya.az-ın "Anadolu"ya istinadən verdiyi məlumata görə, suriyalılar Ankodan Milana gedən qatara minərkən yaxalanıblar.
Sənədlərdəki uyğunsuzluq polis əməkdaşlarının gözündən qaçmayıb, suriyalılar dərhal həbs olunublar. Onlar İtaliyadan deportasiya ediləcəklər.
Qeyd edək ki, bundan əvvəl Kosta-Rikada suriyalı qadın saxta Yunanıstan pasportu ilə saxlanılmışdı.
Şərhlər