Türk serialları qadağan olunur
28.11.2015 07:29 Dünyadan reaksiya 1747
Moskva Şəhər Dumasının deputatları Rusiya telekanallarında nümayiş etdirilən türk seriallarının və digər filmlərinin yayımını qadağan etməyə çağırıblar.
Reaksiya.az virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Dumasının mədəniyyət və kütləvi kommunikasiyalar üzrə komissiyasının sədri Yevgeni Gerasimov bildirib.
“Bütövlükdə mən yaxşı türk serialları görməmişəm. Onları göstərməkdənsə, göstərməmək daha yaxşı olar. Telekanallar bundan yalnız udar” - deyə Gerasimov bildirib.
Rusiyada türk xidmət və məhsullarından imtina olunması təklifi son günlər tez-tez səslənir. Türkiyədən Rusiyaya aparılan meyvə-tərəvəzə artıq qadağa qoyulub. Turist səfərləri ləğv edilib. Xarici işlər naziri Sergey Lavrov isə bundan az əvvəl bəyan edib ki, Rusiya gələn il yanvarın 1-dən etibarən vizasız rejimi ləğv edəcək.
Şərhlər